Bakı. Trend:
Panamada 6,1 bal gücündə zəlzələ baş verib.
Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 19:24-də qeydə alınan yeraltı təkanların episentri David şəhərindən 47,3 kilometr cənub-şərqdə, ocağı isə 37,3 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.