...

Parisdə yollar bağlandı - Taksi və təcili yardım sürücüləri tətil edir

Dünya xəbərləri Materials 20 May 2019 11:49 (UTC +04:00)
Fransanın paytaxtı Parisdə taksi, təcili tibbi yardım sürücüləri, eləcə də sürücülük məktəblərinin əməkdaşları etiraz aksiyası keçirir
Parisdə yollar bağlandı - Taksi və təcili yardım sürücüləri tətil edir

Bakı. Trend:

Fransanın paytaxtı Parisdə taksi, təcili tibbi yardım sürücüləri, eləcə də sürücülük məktəblərinin əməkdaşları etiraz aksiyası keçirir.

Trend-in məlumatına görə, 100-ə yaxın sürücü Paris ətrafından mərkəzə aparan yolları bağlayıb.

Aksiya ilə ilə əlaqədar gün ərzində Parisin hava limanlarına gedən yollarda tıxacların olacağı xəbərdarlığı verilib.

Sürücülər ictimai nəqliyyat sisteminin maliyyələşdirilməsinin azaldılmasına etiraz etdiklərini bildirib.

Etiraz aksiyası “ilbiz əməliyyatı” adını alıb. Aksiyanın məqsədi şosse yollarında hərəkət istiqamətini bağlamaq və minimal sürətlə hərəkət etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti