...

Suriya ordusu Hələbin şimalında 4 terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 25 May 2019 07:48 (UTC +04:00)
Suriya ordusu "Cəbhət əl-Nusra" terror qruplaşması üzvlərinin Hələbin şimalında yerləşən Maarasta al-Xan rayonuna daxil olmaq cəhdinin qarşısını alıb
Suriya ordusu Hələbin şimalında 4 terrorçunu zərərsizləşdirib

Bakı. Trend:

Suriya ordusu "Cəbhət əl-Nusra" terror qruplaşmasının Hələbin şimalında yerləşən Maarasta al-Xan rayonuna daxil olmaq cəhdlərinin qarşısını alıb.

Trend-in məlumatına görə, döyüş zamanı dörd terrorçu məhv edilib. Suriya ordusunda olan itkilər barədə məlumat verilmir.

Hələbin ətraf ərazilərində quldur birləşmələrinin silahlı hücumları Hama əyalətinin şimalında və İdlibin cənubunda gedən şiddətli qarşıdurmalar fonunda baş verir.

Suriya hökumət qüvvələri düşmənin cəbhə arxası xətləri və Xan Şeyxun, Əl-Xobeyt və Abdin arasında hərəkət edən silahlıların dəstələrini atəşə tutub.

Xəbər lenti

Xəbər lenti