...

İranda zavod yanıb - Ölən və yaralananlar var

Dünya xəbərləri Materials 29 May 2019 18:26 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranın Çahar-Mahal və Bəxtiyari vilayətinin Buldaci şəhərində zavodda baş verən yanğında bir nəfər həlak olub.

Trend-in məlumatına görə, bunu Çahar-Mahal və Bəxtiyari vilayətinin hüquq-mühafizə orqanının rəis müavini polkovnik Xosrov Nəcəfi deyib.

X.Nəcəfinin sözlərinə görə, yanğın nəticəsində 6 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır

Yanğının səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti