...

Kanadada kiçik təyyarə qəzaya uğrayıb: üç nəfər həlak olub

Dünya xəbərləri Materials 3 İyun 2019 05:30 (UTC +04:00)

Bakı. Trend:

Kanadanın Alberta vilayətində kiçik təyyarə qəzaya uğrayıb, nəticədə üç nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "CTV" kanalı bildirib.

Hadisə təyyarənin Medisin-Xet şəhər hava limanından qalxmasından sonra baş verib. Həmin təyyarə Saskaçevan vilayəti istiqamətində uçub.

Təyyarə qəzasında üç nəfər həlak olub, onların şəxsiyyətləri açıqlanmır.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti