...

ABŞ-da 1,5 milyon dolları oğurlamaq cəhdinə görə 8 erməni həbs olunub

Dünya xəbərləri Materials 4 İyun 2019 13:02 (UTC +04:00)
ABŞ-ın Los Anceles şəhərində 1,5 milyon dollardan çox vəsaiti oğurlamaq cəhdi ilə əlaqədar 8 erməni həbs olunub
ABŞ-da 1,5 milyon dolları oğurlamaq cəhdinə görə 8 erməni həbs olunub

Bakı. Ləman Zeynalova - Trend:

ABŞ-ın Los Anceles şəhərində 1,5 milyon dollardan çox vəsaiti oğurlamaq cəhdi ilə əlaqədar 8 erməni həbs olunub.

Trend-in məlumatına görə, həmin şəxslər 331 erməninin pasportundan istifadə edərək “Bank of America” və “Wells Fargo” banklarından saxta çeklər vasitəsilə pul almağa çalışıb.

Qeyd olunur ki, onlar ümumilikdə 1,2 milyon dolları ələ keçirə bilib.

Həmin şəxslərin 30 il müddətinə azadlıqdan məhrum edilə biləcəyi deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti