...

Qazaxıstanın yeni prezidenti Tokayev olacaq

Dünya xəbərləri Materials 10 İyun 2019 10:36 (UTC +04:00)

Bakı. Trend:

Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində 70,76 faiz seçici Kasım-Jomart Tokayevə səs verib.

Trend-in məlumatına görə, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədr müavini Konstantin Petrov deyib.

Qeyd edək ki, ötən gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə 7 namizəd iştirak edib.

K.Tokayevin namizədliyi hakim "Nur Otan" partiyası tərəfindən irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti