...

Husilərin dronları Səudiyyə Ərəbistanındakı hava limanına hücum edib

Dünya xəbərləri Materials 14 İyun 2019 08:02 (UTC +04:00)
Yəmənin "Ənsar Allah" (husilər) üsyançı hərəkatının tərəfdarları pilotsuz uçuş aparatları vasitəsilə ilə Səudiyyə Ərəbistanın Abha hava limanına hücum edib
Husilərin dronları Səudiyyə Ərəbistanındakı hava limanına hücum edib

Bakı. Trend:

Yəmənin "Ənsar Allah" (husilər) üsyançı hərəkatının tərəfdarları pilotsuz uçuş aparatları vasitəsilə ilə Səudiyyə Ərəbistanın Abha hava limanına hücum edib.

Trend-in məlumatına görə, bu barədə "Al Massira" telekanalı xəbər verib.

Səudiyyə mətbuat orqanı, öz növbəsində, bildirib ki, Krallığın hava müdafiə sistemi və hərbi hava qüvvələri beş pilotsuz uçuş aparatının qarşısını ala bilib. Həmin aparatlar Xamis-Muşait şəhərini də hədəf alıb.

Qeyd edildiyi kimi, hava limanında uçuş əlaqəsi pozulmayıb, uçuş və enişdə heç bir gecikmə qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti