...

Erməni kilsəsinin 60 tələbəsi iki yəhudini öldürməyə cəhd göstəriblər

Dünya xəbərləri Materials 19 İyun 2019 10:11 (UTC +04:00)
İyunun 8-də Yəhudi Şavuot bayramı ərəfəsində erməni kilsəsinin 60 tələbəsi Qüdsün Köhnə şəhərində erməni məhəlləsi ilə gedən iki gənc yəhudilərə hücum edərək vəhşicəsinə döyüblər
Erməni kilsəsinin 60 tələbəsi iki yəhudini öldürməyə cəhd göstəriblər

Bakı. Trend:

İyunun 8-də Yəhudi Şavuot bayramı ərəfəsində erməni kilsəsinin 60 tələbəsi Qüdsün Köhnə şəhərində erməni məhəlləsi ilə gedən iki gənc yəhudilərə hücum edərək vəhşicəsinə döyüblər

Trend-in "The Jewish Press" saytina istinadən verdiyi məlumata görə, zərərçəkənləri təmsil edən vəkil Xaima Blayker qeyd edib ki, yəhudilərin döyülməsi erməni kilsəsinin tələbələrinə rəhbərlik edən kahinlərin onları dayandırana qədər davam edib.

Vəkil Bleyker polis istintaq və kəşfiyyat şöbəsinə müştərilərin işi üzrə istintaqın tamamlanması üçün məktub göndərib.

Bleyker deyib ki, onları yerə yıxıb təpikləyiblər və üzlərindən vurublar.

Hüquqşünas gənc yəhudilərə hücum etməkdə şübhəli bilinən hər bir şəxsi həbs etməyi və istintaqa cəlb etməyi xahiş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti