...

Türkiyədə fabrikdə partlayış olub: dörd nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 22 İyun 2019 21:28 (UTC +04:00)
İstanbulun Büyükçekmece rayonunda yerləşən fabrikdə partlayış olub
Türkiyədə fabrikdə partlayış olub: dörd nəfər xəsarət alıb

Bakı. Trend:

İstanbulun Büyükçekmece rayonunda yerləşən fabrikdə partlayış olub.

Trend-in məlumatına görə, hadisə nəticəsində dörd nəfər həlak olub.

Məlumata əsasən, yanğın toxuculuq məmulatları və plastik materialları istehsal edən fabrikdə baş verib. Yanğınsöndürənlər 20 nəfəri xilas edə bilib.

Yanğın söndürmə zamanı binanın içərisində dörd işçinin cəsədləri tapılıb. Yanğının səbəbi aydınlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti