...

"INSTEX" mexanizmi işə salınıb

Dünya xəbərləri Materials 29 İyun 2019 06:16 (UTC +04:00)
Avropa İttifaqı və İran arasında ödənişlər üçün nəzərdə tutulan "INSTEX" mexanizmi işə salınıb
"INSTEX" mexanizmi işə salınıb

Bakı. Trend:

Avropa İttifaqı və İran arasında ödənişlər üçün nəzərdə tutulan "INSTEX" mexanizmi işə salınıb.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqı diplomatik xidmətinin baş katibi Helqa Şmid Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə Vyanada keçirilən görüşdən sonra öz "Twitter" səhifəsində yazıb.

H.Şmid bildirib: ""INSTEX" artıq işləyir, ilk köçürmələr hazırlanır və daha çox Aİ-yə üzv ölkə bu müxanizmə qoşulacaq".

Onun sözlərinə görə, Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə birgə komissiyanın iclasında konstruktiv muzakirələr baş tutub: "Bütün iştirakçılar tərəfindən İran razılaşmasının tam və səmərəli həyata keçirilməsi əsas vəzifə olaraq qalır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti