...

Quterreş Abe və Si Cinpin ilə Koreya yarımadasındakı vəziyyəti müzakirə edib

Dünya xəbərləri Materials 29 İyun 2019 08:14 (UTC +04:00)

Bakı. Trend:

BMT-nin baş katibi Antoniu Quterreş Osaka şəhərində Yaponiyanın baş naziri Şinzo Abe və Çin Xalq Respublikasının sədri Si Cinpin ilə Koreya yarımadasındakı vəziyyəti müzakirə edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu A.Quterreşin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.

Onun sözlərinə görə, BMT-nin baş katibi Yaponiyanın Osaka şəhərində keçirilən G20 sammitində iştirak edir: "Baş katib və cənab Abe hər iki tərəf üçün narahatlıq doğuran məsələləri, o cümlədən Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər".

S.Cüjarrik əlavə edib ki, A.Quterreş Si Cinpin ilə dayanıqlı inkişafın məqsədləri, iqlim dəyişikliyi problemini və Koreya yarımadasındakı vəziyyəti müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti