...

2 ton narkotik vasitə aşkarlandı

Dünya xəbərləri Materials 7 İyul 2019 06:02 (UTC +04:00)
İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Hirmənd rayonunda 1,89 ton narkotik maddə aşkarlanıb.
2 ton narkotik vasitə aşkarlandı

Bakı. Elnur Bağışov - Trend:

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Hirmənd rayonunda 1,89 ton narkotik maddə aşkarlanıb.

Trend-in məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayətinin hüquq-mühafizə orqanının rəis əvəzi Əhməd Taheri polis informasiya agentliyinə açıqlamasında deyib.

Ə.Taherinin sözlərinə görə, vilayətin narkotik maddələrlə mübarizə polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində 1,79 ton tiryək, 67 kq heroin və 33 kq digər narkotik maddələr aşkarlanıb.

Taheri əməliyyatda iki narkotik qaçaqmalçısının da saxlanıldığını və narkotik mafiyasının digər üzvlərinin saxlanılması üçün əməliyyatın davam etdiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti