...

"Instagram"ın işində problem yaranıb

Dünya xəbərləri Materials 17 İyul 2019 00:15 (UTC +04:00)

Bakı. Trend:

"Instagram" sosial şəbəkəsinin işində problem müşahidə olunub.

Trend-in məlumatına görə, bu barədə məşhur internet resurslarda problemləri aşkarlayan "Downdetector" portalı xəbər verib.

Məlumata əsasən, problemlər dünən axşam saat 22:00-da başlayıb. "Instagram" istifadəçiləri qeyd ediblər ki, onlarda xəbərlər lenti yüklənmir.

Sosial şəbəkənin işindən daha çox ABŞ, Almaniya və Fransada yaşayan istifadəçilər şikayətləniblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti