...

Pentaqon Meksika ilə sərhədə daha 2 min hərbçi göndərib

Dünya xəbərləri Materials 18 İyul 2019 06:16 (UTC +04:00)
Pentaqonun rəhbərliyi Meksika ilə sərhədə əlavə hərbi kontingentin göndərilməsi barədə sorğunu qəbul edib
Pentaqon Meksika ilə sərhədə daha 2 min hərbçi göndərib

Bakı. Trend:

Pentaqonun rəhbərliyi Meksika ilə sərhədə əlavə hərbi kontingentin göndərilməsi barədə sorğunu qəbul edib.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyinə Pentaqonun nümayəndəsi Kris Mitçell deyib.

K.Mitçelin sözlərinə görə, Pentaqon rəhbərinin vəzifəsini müvəqqəti icra edən Riçard Spenser Meksika ilə sərhədə 1000 Milli Qvardiya üzvü və 1,1 min hərbçinin göndərilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, hazırda Meksika ilə sərhəddə 4,5 minə yaxın ABŞ hərbçisi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti