...

Yaponiyada anime studiyasında yanğın törədilib, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 18 İyul 2019 08:47 (UTC +04:00)
Yaponiyanın Kioto şəhərində yerləşən anime studiyasında yanğın törədilib
Yaponiyada anime studiyasında yanğın törədilib, ölən və yaralananlar var

Bakı. Trend:

Yaponiyanın Kioto şəhərində yerləşən anime studiyasında yanğın törədilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər həlak olub, azı 38 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar xəstəxanalara yerləşdirilib.

Bildirilir ki, xəsarət alanlardan 10-nun vəziyyəti ağırdır.

İlkin məlumata əsasən, polislər hadisə yerində əlində benzin və ya kerosinlə dolu kanistr olan 41 yaşlı kişini saxlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti