...

Əfqanıstanda hərbi əməliyyatlar: “Taliban” hərəkatının 18 üzvü öldürülüb

Dünya xəbərləri Materials 20 İyul 2019 21:18 (UTC +04:00)
Əfqanıstanın müxtəlif əyalətlərində gedən hərbi əməliyyatlarda “Taliban” hərəkatının ən azı 18 nəfər döyüşçüsü öldürülüb
Əfqanıstanda hərbi əməliyyatlar: “Taliban” hərəkatının 18 üzvü öldürülüb

Bakı. Trend:

Əfqanıstanın müxtəlif əyalətlərində gedən hərbi əməliyyatlarda “Taliban” hərəkatının ən azı 18 nəfər döyüşçüsü öldürülüb.

Trend-in məlumatına görə, koalisiya qüvvələri Qəzni və Paktiya vilayətlərində "Taliban" hərəkatının silahlılarına qarşı hava zərbələri endiriblər.

Məlumata görə, əməliyyat zamanı 18 silahlı öldürülüb və yaralanıb. Hərbi əməliyyatlar nəticəsində dörd əldəqayırma partlayıcı qurğu da zərərsizləşdirilib.

Hərbi əməliyyatlar paytaxt Kabildə, Gilmənd, Qunduz, Balx əyalətlərində də aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti