...

İranda qırıcı təyyarə qəzaya uğradı

Dünya xəbərləri Materials 4 Avqust 2019 15:01 (UTC +04:00)
İranın cənubunda yerləşən Buşehr vilayətinin Təngestan rayonunun sahillərində qırıcı təyyarə qəzaya uğrayıb
İranda qırıcı təyyarə qəzaya uğradı

Bakı. Elnur Bağışov - Trend:

İranın cənubunda yerləşən Buşehr vilayətinin Təngestan rayonunun sahillərində qırıcı təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bunu İranın Buşehr vilayətinin Təngestan rayonunun qubernatoru Əbdülhəsən Rəfiipur deyib.

Ə.Rəfiipurun sözlərinə görə, qəzaya səbəb təyyarədə texniki nasazlıq olub.

Qubernator əlavə edib ki, pilot və köməkçisi xilas olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti