...

Yaponiyada bir həftə ərzində 7 nəfər istidən ölüb

Dünya xəbərləri Materials 20 Avqust 2019 08:26 (UTC +04:00)
Ötən həftə ərzində Yaponiyada anomal istilər səbəbindən 7 nəfər ölüb
Yaponiyada bir həftə ərzində 7 nəfər istidən ölüb

Bakı. Trend:

Ötən həftə ərzində Yaponiyada anomal istilər səbəbindən 7 nəfər ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Yaponiyada Fövqəladə Hallar Nazirliyinin və təcili yardımın funksiyalarını yerinə yetirən Baş yanğın xidmətindən bildiriblər.

Məlumata əsasən, son 7 gün ərzində Yaponiya ərazisində istilər səbəbindən 7338 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 7-si dünyasını dəyişib.

Qeyd edilir ki, ölkənin bəzi regionlarında havanın temperaturu 35 dərəcədən yüksəkdir.

Xatırladaq ki, ötən il anomal istilər səbəbindən Yaponiyada 150-dən artıq insan ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti