...

Yeni Zelandiyada 23 çinli turisti aparan avtobus aşdı - Ölənlər var

Dünya xəbərləri Materials 4 Sentyabr 2019 09:52 (UTC +04:00)
Yeni Zelandiyada turistləri aparan avtobus qəzaya uğrayıb.
Yeni Zelandiyada 23 çinli turisti aparan avtobus aşdı - Ölənlər var

Bakı. Trend:

Yeni Zelandiyada turistləri aparan avtobus qəzaya uğrayıb.

Trend-in məlumatına görə, avtobusun aşması nəticəsində 6 əcnəbi turist yerindəcə dünyasını dəyişib. Avtobusda, ümumlikdə 23 Çin vətəndaşının olduğu qeyd edilir.

17 yaralı turist xəstəxanaya yerləşdirilib.

Qəzanın hansı səbəbdən baş verməsi hələ məlum deyil. Polis faktı araşdırmağa başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti