Bakı. Trend:
Mali hökumətinin ordusunun ən azı bir üzvü öldürülüb, daha 7 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə "France Presse" agentliyi bildirib.
Məlumata əsasən, ölkə ordusu Timbuktu bölgəsində yaraqlılar tərəfindən qurulmuş pusquya düşüblər.
Hücum zamanı silahlılar əldəqayırma partlayıcı qurğu və odlu silahdan istifadə ediblər.
Qundam rayonuna əlavə qüvvə göndərilib. Yaralı əsgərlər Timbuktu şəhərindəki ordu xəstəxanasına aparılıb.