Bakı. Trend:
Əfqanıstanın xüsusi təyinatlı hərbçiləri Tahar əyalətinin Yangi-Kala qəzasını "Taliban" radikal hərəkatının üzvlərindən təmizləyiblər.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyinin "Twitter" səhifəsində paylaşılan bəyanatda deyilir.
Bəyanatda bildirilir: "Xüsusi əməliyyatlar korpusunun kommandos qüvvələrinin əməliyyatı nəticəsində Tahar əyalətinin Yangi-Kala qəzası taliblərdən təmizlənib".
Qeyd edək ki, Tahar əyalətinin Yangi-Kala qəzası Tacikistanla sərhəddə yerləşir.