Bakı. Trend:
Türkiyənin İzmir vilayətinin Çeşme rayonunda 3,3 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, zəlzələ yerli vaxtla saat 22:44-də olub.
Zəlzələlərin episentri 17,2 kilometr dərinlikdə yerləşib.
Egey dənizində baş verən zəlzələnin maqnitudasının 3,2 olduğu da deyilir.