...

Çin Rusiya ilə ələqələri gücləndirmək niyyətindədir

Dünya xəbərləri Materials 23 Sentyabr 2019 07:11 (UTC +04:00)
Çin hökuməti bütün istiqamətlər üzrə Rusiya ilə strateji əməkdaşlığın inkişafına kömək edəcəkdir
Çin Rusiya ilə ələqələri gücləndirmək niyyətindədir

Bakı. Trend:

Çin hökuməti bütün istiqamətlər üzrə Rusiya ilə strateji əməkdaşlığın inkişafına kömək edəcəkdir.

Trend-in məlumatına görə, Bu barədə ölkənin XİN rəhbəri Vanq Yi Çinin 70-ci ildönümü münasibətilə hökumətinin saytında dərc olunmuş açıqlamasında bildirib.

Vanq Yi bildirib: "Çin-Rusiya əlaqələri hərtərəfli strateji əməkdaşlığın görünməmiş yüksək səviyyəsinə çatıb. Biz bütün istiqamətlərdə irəlləyiş etmək niyyətindəyik".

Vanq Yinin sözlərinə görə, Çin qonşu ölkələrlə əlaqələri intensiv inkişaf etdirmək və onlarla davamlı qarşılıqlı etimadı gücləndirmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti