...

Dünəndən yanan zavod bu gün söndürüldü

Dünya xəbərləri Materials 27 Sentyabr 2019 11:12 (UTC +04:00)
Ötən gün Fransanın Ruan şəhərində "Lubrizol" kimya zavodunda başlayan yanğının söndürülməsinə yalnız bu gün nail olunub.
Dünəndən yanan zavod bu gün söndürüldü

Bakı. Trend:

Ötən gün Fransanın Ruan şəhərində "Lubrizol" kimya zavodunda başlayan yanğının söndürülməsinə yalnız bu gün nail olunub.

Trend-in məlumatına görə, bununla belə şəhər hakimiyəti yaxınlıqda yaşayanların həmin ərazidən uzaq durmalarını tövsiyə edib. Eləcə də bu ərazilərdə yetişdiirlən məhsulların müəyyən müddət istifadəsi məsləhət görülməyib.

Qeyd edək ki, "Lubrizol" kimya zavodu nəqliyyat və sənaye üçün xüsusi kimyəvi məhsulların istehsalı ilə məşğul olub.

Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil. Hadisədən sonra araşdırmalar başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti