Bakı. Trend:
Atlantik okeanında baş verən Lorentso qasırğası beşinci kateqoriyaya qədər güclənib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Milli Qasırğa İzləmə Mərkəzindən bildirilib.
Məlumata əsasən, küləyin sürəti 72 m/s-dək yüksəlib, bu da Saffir-Simpson şkalası üzrə beşinci kateqoriyaya uyğundur.
Qasırğa 17 km/saat sürətlə şimala doğru irəliləməyə davam edir və hazırda Azor adalarından 2270 km məsafədə yerləşir.