...

Çində avtomobil qəzası baş verib, qurbanlar var

Dünya xəbərləri Materials 4 Oktyabr 2019 07:31 (UTC +04:00)
Çinin şərqindəki Anhui əyalətində bir neçə qəza seriyası nəticəsində yolda ən azı 10 nəfər həyatını itirib, daha yeddi nəfər isə yaralanıb
Çində avtomobil qəzası baş verib, qurbanlar var

Bakı, Trend:

Çinin şərqindəki Anhui əyalətində bir neçə qəza seriyası nəticəsində yolda ən azı 10 nəfər həyatını itirib, daha 7 nəfər isə yaralanıb.

Trend-in məlumatına görə, səhər erkən 17 avtomobilin iştirak etdiyi "G36" magistral yolunun hissələrindən birində toqquşma baş verib. Qəzaya səbəb duman səbəbiylə görmə qabiliyyətinin zəif olması olub. Polisin məlumatına görə, doqquz nəfər yerindəcə ölüb, və bir zərərçəkən isə daha sonra xəstəxanada həyatını itirib. Yol qəzalarında xəsarət alan 7 nəfər xəstəxanalarda müalicə olunur, vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, magistral yolda nəqliyyatın hərəkəti tam bərpa olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti