...

Səudiyyə Ərəbistanında zəvvarları daşıyan avtobus yük maşını ilə toqquşub: 36 ölü, 4 yaralı

Dünya xəbərləri Materials 17 Oktyabr 2019 03:21 (UTC +04:00)
Səudiyyə Ərəbistanında zəvvarları daşıyan avtobus yük maşını ilə toqquşub
Səudiyyə Ərəbistanında zəvvarları daşıyan avtobus yük maşını ilə toqquşub: 36 ölü, 4 yaralı

Trend-i buradan izləyin

Bakı. Trend:

Səudiyyə Ərəbistanında zəvvarları daşıyan avtobus yük maşını ilə toqquşub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyindən bildiriblər.

Nazirliyin məlumatına əsasən, qəza nəticəsində 36 zəvvar həlak olub, 4 nəfər isə xəsarət alıb. Lakin polis hələki 35 nəfərin ölümünü təsdiq edib.

Bildirilir ki, qəza Məkkə ilə Mədinə arasında avtomobil yolunda baş verib. Avtobusda Səudiyyə Ərəbistanında yaşayan Asiya və Yaxın Şərq ölkələrinin vətəndaşları olub.

Qəzadan sonra avtobus alışıb. Avtobusda 40 nəfər olub. Xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti