Bakı. Trend:
Sakit okeanda, Samoa sahillərində 6 bal gücündə zəlzələ baş verib.
Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Qataivai şəhərindən 136 kilometr cənub-qərbdə, ocağı isə 89,1 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.