...

Səudiyyə Ərəbistanı ABŞ komandanlığı altında hərbi təlimlərdə iştirak edəcək

Dünya xəbərləri Materials 25 Oktyabr 2019 07:14 (UTC +04:00)
Səudiyyə Ərəbistanının Hərbi Dəniz Qüvvələri ABŞ-ın komandanlığı altında keçiriləcək böyük miqyaslı beynəlxalq hərbi təlimlərdə iştirak edəcəklər.
Səudiyyə Ərəbistanı ABŞ komandanlığı altında hərbi təlimlərdə iştirak edəcək

Bakı. Trend:

Səudiyyə Ərəbistanının Hərbi Dəniz Qüvvələri ABŞ-ın komandanlığı altında keçiriləcək ən böyük miqyaslı beynəlxalq hərbi təlimlərdə iştirak edəcəklər.

Trend-in məlumatına görə, Krallığın Müdafiə Nazirliyinin açıqlamasında deyilir: "Səudiyyə Ərəbistanı Kral Hərbi Dəniz Qüvvələri ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı tərəfindən 56 ölkənin və 6 beynəlxalq təşkilatın iştirakı ilə Fars körfəzinin şimalında, Oman körfəzində, Ərəb dənizində, Cibuti sahillərində və Aqaba körfəzində oktyabrın 25-dən noyabrın 15-dək təşkil edilən dünyanın ən böyük miqyaslı "IMX 19" beynəlxalq hərbi təlimlərində iştirak edəcək".

Nazirlikdən qeyd ediblər ki, təlimlərin məqsədi naviqasiya azadlığına təhlükə yaradan təhdidləri aradan qaldırmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti