...

Yaponiya hakimiyyəti Sindake vulkanının püskürə biləcəyi ilə bağlı xəbərdarlıq etdi

Dünya xəbərləri Materials 28 Oktyabr 2019 04:09 (UTC +04:00)
Bazar ertəsi Yaponiyanın milli meteoroloji idarəsi beş ballıq şkala üzrə Kutinoerabu adasında Kaqoşima prefekturasının cənub-qərbində yerləşən Sindake vulkanının püskürmə təhlükəsinin artdığı barəsində məlumat yayıb
Yaponiya hakimiyyəti Sindake vulkanının püskürə biləcəyi ilə bağlı xəbərdarlıq etdi

Bakı, Trend:

Bazar ertəsi Yaponiyanın milli meteoroloji idarəsi beş ballıq şkala üzrə Kutinoerabu adasında Kaqoşima prefekturasının cənub-qərbində yerləşən Sindake vulkanının püskürmə təhlükəsinin artdığı barəsində məlumat yayıb.

Trend-in məlumatına görə, bu barədə agentliyin mesajında deyilir. Idarədə qeyd olunur: "Vulkanın mərkəzi hissəsinə 2 kilometr yaxın məsafəyə yaxınlaşmaq qadağandır. Adada vulkanik aktivlik kraterdən 2 kilometr aralığında artıb. Nəticədə böyük süxurların və piroklastik axınların tullantıları ilə püskürmə baş verə bilər".

Qeyd edək ki, Sindake sonuncu dəfə 2015-ci ildə püskürüb. Sonra adadan təxminən 130 nəfər təxliyə edildi, heç kim zərər görmənişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti