Bakı. Trend:
Malinin Menaka rayonunda silahlılar nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hücum nəticəsində 54 hərbçi və 1 mülki vətəndaş həlak olub.
Hadisə yerinə gələn əlavə qoşunlar hadisə yerini nəzarət altına alıblar.
Qeyd edilir ki, daha əvvəl 35 nəfərin öldüyü bildirilirdi.