...

İranda bu xəbərləri yazmaq qadağan edilir - Jurnalist həbs oluna bilər

Dünya xəbərləri Materials 5 Noyabr 2019 10:50 (UTC +04:00)
İranda müttəhim şəxslərin etiraflarını yayan media nümayəndələri 6 aydan 3 ilədək həbs olunacaq.
İranda bu xəbərləri yazmaq qadağan edilir - Jurnalist həbs oluna bilər

Bakı. Elnur Bağışov - Trend:

İranda müttəhim şəxslərin etiraflarını yayan media nümayəndələri 6 aydan 3 ilədək həbs olunacaq.

Trend-in məlumatına görə, bunu İran Parlamentinin deputatı Mahmud Sadeqi "Twitter" səhifəsində bildirib.

M.Sadeqinin sözlərinə görə, bu gün İran Parlamentinə müttəhimlərin etirafının yazılması və mediada yayılması ilə bağlı qadağa layihəsi daxil olub.

Deputat bildirib ki, layihə təsdiqlənərsə, belə məlumatları yayan KİV nümayəndələri həbsdən əlavə, müttəhimlərdən üzr istəməli də olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti