...

Tramp Ərdoğanla telefon söhbəti haqqında danışıb

Dünya xəbərləri Materials 7 Noyabr 2019 05:18 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanla "çox gözəl telefon söhbəti" barədə danışıb
Tramp Ərdoğanla telefon söhbəti haqqında danışıb

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanla "çox gözəl telefon söhbəti" barədə danışıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, söhbət xüsusən İŞİD terrorçularının tutulması, Suriya ilə sərhəddəki vəziyyət barədə olub.

D.Tramp yazıb: "Mən indicə Türkiyə prezidenti ilə çox gözəl söhbət etdim. O mənə bildirdi ki, onlar (türk hərbçiləri) münaqişə zamanı qaçdığı bildirilən bir neçə İŞİD silahlısını, o cümlədən terrorçu-qatilin (İŞİD lideri Əbu Bəkr) əl-Bağdadinin arvadını və bacısını tutublar".

Bundan əlavə, D.Tramp T.Ərdoğanla noyabrın 13-ü Vaşinqtonda görüşəcəyini təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti