Bakı. Trend:
Konqo Demokratik Respublikasının (KDR) Qome şəhərində kiçik bir təyyarə qəzaya uğrayıb, ən azı 23 nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə "Agence France-Presse (AFP)" agentliyi bildirib.
Bildirilib ki, təyyarədə 17 sərnişin və iki ekipaj üzvü olub.
"Busy Bee" özəl şirkətinə məxsus iki mühərrikli təyyarə Qoma rayonunun yaşayış sahəsində uçuş zamanı qəzaya uğrayıb.