...

"WhatsApp"da yeni funksiya olacaq

Dünya xəbərləri Materials 26 Noyabr 2019 07:05 (UTC +04:00)
"WhatsApp" tərtibatçıları, müəyyən bir müddətdən sonra istifadəçi mesajlarını avtomatik olaraq silmək üçün nəzərdə tutulmuş yeni bir funksiyanın sınaqlarını keçirdirlər
"WhatsApp"da yeni funksiya olacaq

Bakı. Trend:

"WhatsApp" tərtibatçıları, müəyyən bir müddətdən sonra istifadəçi mesajlarını avtomatik olaraq silmək üçün nəzərdə tutulmuş yeni bir funksiyanın sınaqlarını keçirdirlər.

Trend-in məlumatına görə, "Mesajları silmək" seçimi, Android əməliyyat sistemi üçün 2.19.348 mesenjerinin beta versiyasında ortaya çıxıb. Qeyd olunur ki, bu funksiya proqramın daha əvvəlki beta versiyasında qismən mövcud olub və "Yox olan mesajlar" adlandırılıb.

Mesenjerin test versiyasında opsiyanı "Əlaqə məlumatları" və ya "Qrup çat parametrləri" nişanlarında aktivləşdirmək olar, bu halda onları yalnız qrup idarəçiləri istifadə edə bilər.

Bu vəziyyətdə istifadəçi mesajın "ömrünün" müxtəlif müddətlərini - saat, gün, həftə, ay və ya il olaraq seçə biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti