Bakı. Trend:
İstanbulda üç mərtəbəli binada yanğın baş verib.
Trend-in məlumatına görə, toxuculuq istehsalı ilə məşğul olunan binanın üst qatında yanğın baş verib
Hadisə yerinə yanğınsöndürən briqadaları, polis əməkdaşları və təcili yardım maşınları göndərilib. Tüstüdən boğulan 5 nəfər təxliyə edilib və xəstəxanalara yerləşdirilib.
Zərərçəkənlərdən birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.