...

"Apple"ın ən məşhur dizayneri şirkəti tərk edib

Dünya xəbərləri Materials 29 Noyabr 2019 05:51 (UTC +04:00)

Bakı. Trend:

"Apple", "Mac", "iPod" və "iPhone" cihazlarının xarici görünüşlərinin yaradılmalarında iştirak edən ən məşhur dizayner Coni Ayv artıq korporasiya üçün işləmir.

Trend-in məlumatına görə, bunu Coni Ayv özünün "LveFrom" adlı proektində bildirib. Dizayner bu gedişi karyerasının təbii inkişafı hesab edir.

Altı ay sonra, "Apple", rəhbərlik haqqında məlumat verən səhifədə Ayvın tərcümeyi-halını silsədə, 26 noyabr dizayner şırkətin səhifəsində hələ də xatırlanırdı. Coni Ayvın yeni yaradıcılıq işinin tam başlaması 2020-ci ildə gözlənilir.

"Apple" şirkətinin direktoru Tim Kuk "Financial Times"a açıqlamasında ümumiyyətlə "Apple" korporasiyanın ən məşhur məhsullarını yaradan köhnə komanda ilə işləməyə davam etdiyini söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti