Bakı. Trend:
"Əş-Şəbab" terror təşkilatının üzvləri Somalinin cənubunda hərbi bazalara hücum ediblər.
Trend-in "Somalia Affairs"ə istinadən verdiyi məlumata görə, hücumlar Barav, Barir və Avdiql şəhərindəki hərbi bazalara edilib.
Bildirilir ki, hər iki tərəfdən ölənlər və yaralananlar var. Onların sayı barədə məlumat verilmir.
Somali Silahlı Qüvvələrinin komandanlığından bildiriblər ki, hərbi hissələr bütün hücumların qarşısını alıb və terrorçulara ağır zərbə endiriblər.