...

Rusiyada sərnişin təyyarəsi təcili eniş edib

Dünya xəbərləri Materials 4 Yanvar 2020 09:35 (UTC +04:00)

Bakı. Trend:

"Airbus-320" sərnişin təyyarəsi Rusiyanın Perm şəhərindəki "Bolşoye Savino" hava limanına təcili eniş edib.

Trend-in məlumatına görə, Tümendən Sankt-Peterburqa uçan laynerdə 176 sərnişin olub.

Təyyarənin təcili eniş etməsinə səbəb naviqasiya avadanlıqlarındakı problem göstərilir.

Göyərtədəki sərnişinlərdən xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti