...

Ərdoğan İran və İraq prezidentləri ilə telefon danışığı aparıb

Dünya xəbərləri Materials 4 Yanvar 2020 20:15 (UTC +04:00)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran və İraq prezidentləri Həsən Ruhani və Berham Saleh ilə telefon danışığı aparıb
Ərdoğan İran və İraq prezidentləri ilə telefon danışığı aparıb

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran və İraq prezidentləri Həsən Ruhani və Berham Saleh ilə telefon danışığı aparıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə liderinin administrasiyasındakı mənbədən bildiriblər.

Məlumata əsasən, danışıqlar zamanı tərəflər bölgədəki son hadisələri, habelə ikitərəfli əlaqələrin inkişafını müzakirə ediblər.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti