...

Pakistanda qırıcı qəzaya uğradı - İki pilot öldü

Dünya xəbərləri Materials 7 Yanvar 2020 17:34 (UTC +04:00)
Pakistanın şimalındakı Pəncab əyalətində Hərbi-Hava Qüvvələrinə məxsus F-7PG qırıcısı qəzaya uğrayıb
Pakistanda qırıcı qəzaya uğradı - İki pilot öldü

Bakı. Trend:

Pakistanın şimalındakı Pəncab əyalətində Hərbi-Hava Qüvvələrinə məxsus F-7PG qırıcısı qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qəza nəticəsində hər iki pilot həlak olub.

Təyyarənin təlim uçuşu keçirdiyi bildirilib. Hadisənin səbəbləri Pakistan Müdafiə Nazirliyinin xüsusi komissiyası tərəfindən araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti