...

Azərbaycanda BOKT-ların fəaliyyət istiqamətlərinin genişləndirilməsi üzrə müzakirələr aparılıb

İqtisadiyyat Materials 1 Dekabr 2025 17:40 (UTC +04:00)
Azərbaycanda BOKT-ların fəaliyyət istiqamətlərinin genişləndirilməsi üzrə müzakirələr aparılıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) institusional gücləndirilməsi, eləcə də fəaliyyət istiqamətlərinin genişləndirilməsi müzakirə edilib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fuad İsayev Azərbaycan Mikromaliyyə Assosiasiyanın rəhbərliyi, ona üzv olan və digər bank olmayan kredit təşkilatlarının rəhbər heyəti ilə görüşüb.

Görüş iştirakçılarına cari ilin doqquz ayı üzrə bank olmayan kredit təşkilatlarının fəaliyyətinin maliyyə nəticələri, requlyativ çərçivənin təkmilləşdirilməsi, eləcə də sektorun sağlamlaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verilib. Əlavə olaraq maliyyələşmə imkanlarının genişləndirilməsi, dövlət fondları ilə əməkdaşlıq, təşkilatların regionlarda, eləcə də işğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında fəaliyyət perspektivləri, qanunvericiliyin tələbləri və digər məsələlər ətraflı müzakirə edilib.

Görüşdə həmçinin Mərkəzi Bank tərəfindən bank olmayan kredit təşkilatlarının institusional gücləndirilməsi, eləcə də fəaliyyət istiqamətlərinin genişləndirilməsi və dayanaqlılığının təmin olunması çərçivəsində növbəti dövrdə görüləcək işlərə dair məlumat təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti