...

Qvineya-Bisauda etiraz aksiyaları qadağan edilib

Dünya xəbərləri Materials 1 Dekabr 2025 17:50 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qvineya-Bisauda dövlət çevrilişi nəticəsində hakimiyyəti ələ keçirmiş hərbçilər 1 dekabrdan etibarən ölkədə etiraz aksiyaları və tətillərin keçirilməsini qadağan ediblər.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən, qadağa ölkəyə Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi (ECOWAS) nümayəndə heyətinin gəlişi ilə əlaqədardır.

Hərbi hakimiyyətin arqumentinə görə, nümayişlər və tətil ölkədə sülh və sabitlik üçün təhlükə yaradır. Eyni zamanda hökumət nazirliklərdən və dövlət qurumlarından fəaliyyətlərinin bərpasını tələb edib.

Xatırladaq ki, 26 noyabrda hərbçilər Qvineya-Bisauda hakimiyyəti ələ keçirərək ölkə prezidentini, Umaro Sisoku Embalonu istefaya göndərib və daha sonra həbs edib. Hərbi çevrilişlə əlaqədar ölkədə bütün dövlət qurumları fəaliyyətini dayandırmış, həmçinin prezident və parlament seçkilərində səs sayımını dayandırmaq barədə sərəncam verilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti