Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp ölkəsinin İraqdakı bazalarının raket atəşinə tutulması barədə məlumatlandırılıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu D.Trampın mətbuat katibi Stefani Qrişem deyib.
S.Qrişem bildirib: "ABŞ-ın İraqdakı obyektlərinə hücumlar barədə xəbərdarıq. Prezidentə məlumat verilib, o vəziyyəti diqqətlə izləyir və milli təhlükəsizlik komandası ilə məsləhətləşir".
"ABC" telekanalının məlumatına əsasən, ABŞ-ın İraqın Ərbil şəhərindəki bazası və ölkənin qərbində yerləşən Ayn əl-Əsəd bazası raket atəşinə tutulub.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu raket atəşinə görə məsuliyyəti öz üzərinə götürüb.