...

Qətər əmiri Həsən Ruhani ilə görüşəcək

Dünya xəbərləri Materials 12 Yanvar 2020 16:13 (UTC +04:00)
Qətər əmiri Tamim bin Hamad Al Tani İranın paytaxtı Tehrana səfərə gəlib
Qətər əmiri Həsən Ruhani ilə görüşəcək

Bakı. Trend:

Qətər əmiri Tamim bin Hamad Al Tani İranın paytaxtı Tehrana səfərə gəlib.

Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi bildirib.

Məlumata əsasən, səfər çərçivəsində Qətər əmiri İran prezidenti Həsən Ruhani də daxil olmaqla bir sıra rəsmi şəxslərlə görüşlər keçirəcək.

Qətərin QNA xəbər agentliyi qeyd etdi ki, əmir Tehrana səfəri zamanı ikitərəfli münasibətləri, bölgədəki son hadisələri, habelə "qarşılıqlı maraqları əhatə edən regional və beynəlxalq problemləri" müzakirə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti