...

İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib

Dünya xəbərləri Materials 16 Yanvar 2020 04:15 (UTC +04:00)
İsrailin qırıcı təyyarələri Qəzza zolağında Həmasın bir neçə hərbi mövqeyinə hava zərbələri endirib
İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib

Bakı. Trend:

İsrailin qırıcı təyyarələri Qəzza zolağında Həmasın bir neçə hərbi mövqeyinə hava zərbələri endirib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsrail ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Daha əvvəl Qəzza zolağından İsrail ərazisinə bir neçə raket buraxılıb. Bir müddət əvvəl İsrail Müdafiə Ordusunun qırıcı təyyarələri Qəzza zolağının şimal hissəsində silah istehsalı üzrə sex və hərbi düşərgə də daxil olmaqla Həmasın bir neçə terror mövqeyinə zərbələr endirib".

Mətbuat xidmətindən əlavə ediblər ki, İsrail ordusu ölkə ərazisinin atəşə tutulamsına çox ciddi yanaşır və mülki əhaliyə zərər vurmaq üçün atılan hər hansı bir addımın qarşısını almaq üçün lazım olanı etməyə davam edəcək.

Xatırladaq ki, daha əvvəl Qəzza zolağından İsrail ərazisində 4 raket atılıb, onlardan ikisi "Dəmir günbəz" hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti