...

Tramp administrasiyası Pentaqondan Meksika ilə sərhəddə divar inşasının maliyyələşdirilməsini istəyir

Dünya xəbərləri Materials 17 Yanvar 2020 06:11 (UTC +04:00)
ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi Pentaqona Meksika ilə sərhəddə 270 mil (434 kilometr) divarın inşasının maliyyələşdirilməsi üçün sorğu göndərib
Tramp administrasiyası Pentaqondan Meksika ilə sərhəddə divar inşasının maliyyələşdirilməsini istəyir

Bakı. Trend:

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi Pentaqona Meksika ilə sərhəddə 270 mil (434 kilometr) divarın inşasının maliyyələşdirilməsi üçün sorğu göndərib.

Trend-in məlumatına görə, daha əvvəl ABŞ-ın federal apelyasiya məhkəməsi D.Tramp administrasiyasının Meksika sərhəddində divar tikmək üçün Pentaqonun büdcəsindən 3,6 milyard dollarl istifadə planını əngəlləyən aşağı pillədəki məhkəmənin qərarını ləğv edib.

Pentaqon sözçüsü sorğunun baxılmasının iki həftə çəkəcəyini söyləyib və ərizənin maliyyə komponenti barədə məlumat verməkdən imtina edib. O, sərhəd divarının tikintisinin maliyyələşdirilməsinə dair əvvəlki tələblərin Pentaqon tərəfindən yalnız qismən təmin olunduğunu qeyd edib.

Daha əvvəl Tramp uzunluğu 500-550 mil olan bütün divarın 2020-ci ildə keçiriləcək növbəti seçkilərə qədər tikiləcəyini demişdi. Tramp administrasiyası, Meksika ilə sərhəddə yeni sədlər qurmaq üçün digər büdcə maddələrindən təxminən 3,6 milyard dollar alacağını söyləmişdi. D.Tramp, sərhəddə fövqəladə vəziyyət elan edilərkən Konqres tərəfindən başqa məqsədlər üçün ayrılmış vəsaitləri istifadə etməyə imkan verən şərtdən yararlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti