...

Beyrutda toqquşmalar zamanı azı 165 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 19 Yanvar 2020 03:29 (UTC +04:00)
Livanın paytaxtı Beyrutda polislər və etirazçılar arasında toqquşmalar baş verib
Beyrutda toqquşmalar zamanı azı 165 nəfər xəsarət alıb

Bakı. Trend:

Livanın paytaxtı Beyrutda polislər və etirazçılar arasında toqquşmalar baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, toqquşmalar zamanı azı 165 nəfər xəsarət alıb, onlardan 65-i xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, digər xəsarət alanlara hadisə yerində tibbi yardım göstərilib.

Məlumata əsasən, xəsarət alanlar arasında həm etirazçılar, həm də polislər var.

Xatırladaq ki, daha əvvəl Livanın prezidenti Mişel Aun ordudan və polisdən Beyrutun çərkəzində vəziyyətin nizamlanması üçün bütün tədbirləri görməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti