...

Koronavirusun yeni növü ABŞ-a da çatdı

Dünya xəbərləri Materials 22 Yanvar 2020 01:19 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-da yeni növ koronavirusun səbəb olduğu pnevmoniyanın ilk yoluxma hadisəsi qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin nümayəndələri tərəfindən telefon brifinqi zamanı məlumat verilib.

Yoluxma hadisə Vaşinqton ştatında aşkar edilib - xəstəlik yaxınlarda Çindən gəlmiş 30 yaşlı kişidə tapılıb. Onun vəziyyəti stabil olaraq qiymətləndirilir.

Dekabrın 31-də Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ölkənin mərkəz hissəsində yerləşən Uxan şəhərində naməlum sətəlcəm xəstəliyi barədə məlumat verib. Yanvarın 7-də Çin mütəxəssisləri xəstəliyin törədicisini - 2019-nCoV - koronavirusunu təyin ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti